“Sirli Qobustan” adlı yaylıqlar seriyası Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir. Qobustan UNESCO Dünya İrsi Siyahısı ən dəyərli təbii landşaftları qorumağa və planetimizin mədəni sahələrini gələcək nəsillərə ötürməyə yönəlmiş beynəlxalq səylərin tərkib hissəsidir. Bu ərazi azı son 15 000 il ərzində daimi insan məskəni olmuşdur və burada Üst Paleolit dövründən tutmuş Orta əsrlərə qədər bəşər tarixinin bütün əsas dövrlərinə aid petroqliflər təmsil olunur. Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi.
1972–ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skeleti aşkar olunmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır