Sevil Art şərf və aksesuarları qədim Azərbaycanın naxış və ornamentlərinin müasir şərhidir. Brend nəfis parçalar üzərində mükəmməl, irsdən ilhamlanmış hekayələr yaradır. Möhtəşəm bir işin yaranmasına təkan verən hadisə 8 Mart üçün hədiyyə axtarışı oldu. 2020-ci ildə pandemiya dövründə anası üçün hədiyyə axtarışında olan sənətçi istədiyi şalı satışda tapmadıqdan sonra ruhuna yaxın dizaynlardan ibarət olan brendini yaratmağa qərar verdi.
Təsəvvür yaradıcılığın başlanğıcıdır. "İstədiyini xəyal edirsən, sonra xəyal etdiyin şeyi istəyirsən,
və nəhayət, istədiyini yaradırsan”. (Sevil Əhmədova)
ələliklə, bir gün brendin yaradıcısı və rəssam-dizaynerinin təsəvvüründə
Azərbaycan ruhu ilə ipək yaylıqlar üçün dizaynlar doğuldu.
SEVİLİN ÖZ HEKAYƏSİ
Sevil Əhmədova uzun illər Rusiyada yaşamış, rəssamlıq məktəbində təhsil almışdır. Sevil öz seçdiyi sənətdə təhsilini davam etdirmək üçün Azərbaycana köçür və Rəssamlıq Akademiyasında bakalavr dərəcəsi alır.
Sonraki illərdə özünü müxtəlif sahələrdə və şirkətlərdə sınadı, eyni zamanda öz üzərində daim çalışaraq qabiliyyətini və yaradıcılığını müəyyən səviyyəyə çatdırdı. Beləliklə, 2020-ci ildə Bakıda Azərbaycan mədəni irsinin zamanla itirilməməsi üçün mübarizədən ilhamlanaq Sevil özünə məxsus brendini yaradır və leybl üzərində çox düşünmədən Sevil Art qoyur. Sevil Art - bir azərbaycanlı rəssam-dizaynerin yaradıcılıq yoludur, ölkəmizin milli ruhunu, mədəniyyətini və tarixini özündə əks etdirən, eləcə də təbliğ edən ipək şərf və aksessuar markasıdır.
Azərbaycanın tarixinə olan marağı və hörmət, eyni zamanda, incəsənətə, təbiətə, çiçəklərə və gözəlliyə olan marağı özündə birləşdirərək brendində əks etdirdi. Loqo seçərkən adının baş hərfi S və narının görüntüsünü sintez etdi. Nar Azərbaycanın milli meyvəsi və simvoludur, eyni zamanda dərin məna daşıyır, ailə və bolluq rəmzidir.
ÇANTA KOLLEKSİYASI
Sevil hər mövsümə uyğun şərflər və dəst ola biləcək aksesuarlardan ibarət kapsul kolleksiyası yaradır.
Həmçinin çanta kolleksiyası mövcüd illüstrasiyalarının hekayəsinə yeni tərz verir və canlandırmağa kömək edir.
Məhsullar müxtəlif mərhələlərdən keçir, onlardan biri də materialın üzərində çap mərhələsidir. Özəl fabrikalarda həyata keçən hərtərəfli çap daha mürəkkəb və metodikdir.
İstehsal mərhələlərində emalatxanamız hər bir naxış parçasını əl ilə kəsir,
tikiş izlərinin mükəmməl uyğunlaşacağını təmin edir. Bu proses zəhmətli və vaxt aparan bir prosesdir, lakin gözəl və incə nəticəyə imkan verir.
Çanta kolleksiyalarımız Avropa və Türkiyədə ən keyfiyətli fabrikalarda reallaşır.