Alıcı Müqaviləsi

Veb-saytdan qeydiyyatdan keçməklə və ya qeydiyyatsız alış etməklə siz aşağıdakı müqaviləni bağlamış hesab olunursunuz. Xahiş edirik, müqavilənin bütün şərtlərini diqqətlə oxuduqdan sonra qeydiyyatdan keçəsiniz və ya alış edəsiniz.

ALICI MÜQAVİLƏSİ

Bu Alıcı Müqaviləsi www.sevilart.com saytının idarəçiliyini həyata keçirən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) 1605171642 olan (“Satıcı”) ilə www.sevilart.com saytında aşağıdakı şərtləri qəbul edərək qeydiyyatdan keçən və ya alış edən alıcı (“Alıcı”) arasında, Satıcının təqdim etdiyi Xidmətlərdən Alıcının istifadə etməsi şərtlərini tənzimləmək məqsədilə bağlanılır.
Müqavilədə istifadə olunan əsas anlayışlar:

Alıcı Müqaviləsi – Onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər.

Alıcı – Satıcının verdiyi texniki imkanlar vasitəsi ilə ödəniş edərək saytda qeyd olunmuş mal və xidmətləri sifariş edən, həmçinin bu Alıcı Müqaviləsinin şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs.

Satıcı – Saytda öz mallarını satan, satış və çatdırılma şərtlərini müəyyən edən hüquqi şəxs və ya fərdi sahibkar

Sayt – Mal və xidmətlərin onlayn alış-veriş məkanı olan “www.sevilart.com” internet səhifəsi.

Məhsullar – Saytda yerləşdirilmiş mallar, xidmətlər.

Sifariş – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Saytda mövcud olan müvafiq formanın doldurularaq satıcıya elektron formada göndərilməsi.

XÜSUSİ ŞƏRTLƏR:

Müqavilənin predmetini alıcı tərəfindən saytda əks olunan məhsulların alınması təşkil edir. Bu şərtlər saytda cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.

Saytdan mal sifariş edən Alıcı, bu Alıcı müqaviləsi, saytda yerləşdirilmiş Məxfilik siyasəti, Çatdırılma şərtləri, Geri qaytarma / Dəyişdirmə Siyasəti ilə tam razılaşdığını bəyan edir.

Saytda satılan məhsullar, həmçinin satış şərtləri ümumi oferta hesab olunur.

Satıcı alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.

Alış o vaxt baş tutmuş sayılır ki, alıcı məhsulun dəyərini hər hansı formada ödəmiş olsun.

Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə Satıcı məsuliyyət daşımır.

Göndərilmiş məhsulu qəbul edən Alıcı malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir.

Məhsulu təhvil aldıqdan sonra mala dəymiş zərərə görə Alıcı məsuliyyət daşıyır.

Saytda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir.

Saytda malın qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Satıcı birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər.

Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər Satıcının təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər alıcıdan tutula bilər.

Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində alıcıya vurulmuş zərərə görə satıcı məsuliyyət daşımır.

Saytdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Bu razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.

Əvvəlinə qayıt
0

Səbətdəki məhsullar

Məhsul sayı:0 Items: 0
The Cart is Empty
No Product in the Cart!
0.00
0.00
₼0.00