Adətən Atəşpərəsliklə əlaqələndirilən, Zərdüş təliminə əsasən günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin təsviri hesab edilən “buğa/buta” rəmzi, daha qədim bir tarixə və tamamilə fərqli bir mənaya xidmət etməkdədir əslində. Görünür, dünya mədəniyyətinin formalaşmasında böyük rol oynayan türk mədəniyyəti, Atəşpərəsliyədə təsirsiz qalmamışdır. Belə ki, hələ Altaylarda “buta/nişan” mənasının daşıyıcısı olan bu rəmz tarixin müxtəlif dövülərində, müxtəlif mənalar daşısada mədəniyyətimizdən uzaqlaşmamışdır. Bu gün əksər Türk dövlətlərində izlərinə rastlanılsada, Azərbaycan türkləri arasında daha çox mühafizə olunmuş, daha mühüm əhəmiyyət kəsb etmişdir.