Məşhur Azəerbaycan brendinin təsisçisi Sevil Əhmədova, Nigar xanım Arpadarai ilə görüşərək onu öz brendinin məhsulları ilə tanış edib.
Sevil Əhmədova, görüş haqqında öz təəsuratlarını payılaşdı: “COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu – Nigar xanım Arpadarai ilə görüşmək mənim üçün böyük qürur və şərəf idi. Nigar xanım Arpadarai mənim brendimin məhsulları ilə tanış olub mənə yüksək motivasiya verdi”.
Qeyd edək ki, Sevil Əhmədova da COP29 əməliyyat şirkətində çalışaraq layihənin bir parçası olmaqdan qürur duyur.
“Sevil Art” brendi ölkəmizin milli ruhunu, mədəniyyətini və tarixini özündə əks etdirib təbliğ edən ipək şal və müxtəlif aksessuarlar çeşidindən ibarət bir markadır. Brendin ipək şallar orqanik və ekoloji təmiz məhsullardan hazırlanır.
Brendin məhsulları təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da sevilir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçirilən 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. AZƏRBAYCANIN “YAŞIL” ENERJİYƏ KEÇİDLƏ BAĞLI bu plenarda öz planlarınıda paylaşdı.

Qarabağ atlarının Tarixi
Qarabağ atlarının tarixi çox qədim dövrlərə gedib çıxır. İlk dəfə Azərbaycan ərazisində, xüsusən də Qarabağda bu atların yetişdirilməsinə dair məlumatlar antik dövrlərə, e.ə. IV-III əsrlərə aiddir. Əsrlər boyu bu atlar həm Azərbaycan, həm də Qafqazın digər xalqları tərəfindən istifadə edilmiş və yüksək döyüş qabiliyyəti ilə məşhur olmuşdur.

Qarabağ Atlarının Mədəniyyətdəki Rolu
Qarabağ atları yalnız döyüşlərdə və əkinçilikdə deyil, həm də Azərbaycan xalqının mədəniyyətində mühüm yer tutmuşdur. Atlar Azərbaycan poeziyasının, musiqisinin və xalq dastanlarının mühüm bir motivinə çevrilmişdir. Məsələn, məşhur Azərbaycan şairi Nizami Gəncəvi və digər şairlər Qarabağ atlarının gözəlliyini və mükəmməlliyini öz əsərlərində tərənnüm etmişlər.